1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Mirhüseyn Seydiov: "Neftçi"də problem odur ki..." - "Qarabağ"la matçda 1 xal bizim üçün yaxşı nəticədir" - MÜSAHİBƏ
"İnter"in futbolçusu Mirhüseyn Seyidovun Sportnet.az-a müsahibəsi
- AZAL-a səfərdə 3:1 hesabı ilə qalib gəldiyiniz matçı necə dəyərləndirərdin?
- Bilirdik ki, AZAL mövsüm başlayandan qalib gələ bilmir. Buna görə də ev oyununda aqressiv olacaq. Oyun da bunu göstərdi. Hava şəraiti o qədər də uyğun deyildi. Ancaq buna baxmayaraq komandamız əziyyət çəkdi və bizə vacib olan 3 xalı qazandıq. Ümumi oyun götürsək, komanda qələbəyə köklənmişdi.
- Cari mövsümdə debüt oyunun idi...
- Bəli. Hazırlıq dövründən sonra bir az problemlərim - ayağmda ağırlar vardı. Bir az artıq çəkidən əziyyət çəkirdim. İndi yavaş -yavaş formaya düşürəm. Məşqçilər də hal-hazırda mənə nəzarət edir. Yavaş-yavaş meydana daxil olaraq formamı bərpa etməklə oy- nlarda iştirak edəcəyəm.
- Bu çempionat haqda nə deyə bilərsən? Məlumdur ki, rəqabət 3 komanda - "İnter", "Qəbələ" və "Qarabağ" arasında gedir...
- Yox. Belə deyim ki, indi ilk 3 pillə bunu göstərir. Ancaq indidən demək olmaz ki, sonadək belə olacaq. Çünki sabah çıxıb "Sumqayıt"a uduza bilərik, AZAL-a da. Ona görə də boşalmaq lazım deyil. İndidən mümkün olan xalları yığa bilməliyik. Sonda deyə bilərik ki, hansı komanda hansı yerdədir.
- Keçmiş komandan "Neftçi"dəki vəziyyət haqda düşüncələrin necədir?
- Bungünkü vəziyyət heç kimə xoş deyil. Bunlardan biri də mənəm. Çünki bu klubun yetirməsi olmuşam. "Neftçi"də rəhbərlikdə dəyişiklik olub, yeni baş məşqçi də gətiriblər. Keçmiş klubuma yalnız uğurlar arzulayıram. Orda mənim dostlarm var. Biz də istəyirik ki, "Neftçi"nin də adı hazırda çempionluğa oynayan komandalar arasında çəkinsin. Çox istəyərdik ki, "Nefçi" əvvəlki günlərinə qayıtsın.
- Səncə, "Neftçi"də ən çox problem nədədir?
- Məncə, baş məşqçi seçimində. Gərək baş məşqçiyə dayaq, futbolçulara dəstək olasan. Hər şeyi seçib qıraqda durmaqla deyil. Daim komandanın yanında olmaq, futbolçulaar dəstək göstərərək onları oynatmaq lazımdır.
- Milliyə çağırılmaq perspevtivi haqda necə baxırsan?
- Bu gün gərək klubunda daim oynayım ki, miliyə dəvət alım. Açığı, az oynadığıma görə dəvət gözləmirəm. Formamı bərpa edəndən sonra hər bir bir azərbaycanlı kimi milidə oynamaq istəyərəm.
- Bəs millimiizn qarşıdakı oyunlarından hansı nətcəni gözləyirsən?
- İlk olaraq evdə Norveçlə oynamağımız yaxşıdır ki, doğma azarkeşlər qarşısında xal və ya xallar qazanmaq olar. Həm bu, həm də Çexiya ilə matç çətindir. Məncə, bu oyunlarda maksimum 4 xal bizə bəs edər.