"Rəqib kimi "Qarabağ”ın adı bəs edir. Ağdam klubu çempionatımızın ən güclü komandasıdır. Nəinki Premyer Liqada, Avropada göstərdiyi oyun ortadadır". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Kəpəz"Ⅶin baş məşqçisi Şahin Diniyev klubunun rəsmi saytına açıqlamasında bildiirb.
O, Azərbaycan Premyer Liqasının VI turunda sabah qəbul edəcəkləri "Qarabağ"ı yüksək səviyyəli futbolçuların birliyindən yaranan komanda adlandırıb: "Onlara qarşı oyun ona görə bizim üçün çox çətin olacaq. "Qarabağ” oyunu daha çox hücumda keçirir, amma bu o demək deyil ki, biz müdafiədə oturacağıq. Əlimizə fürsət düşdükcə hücum etməliyik. Təkcə müdafiədə oturmaqla uğur qazanmaq olmur. Düşünürəm ki, azarkeşlər futbolun hər bir komponentini özündə birləşdirən maraqlı oyun görəcəklər”.