1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İlk dövrəyə çempionluğa əsas iddiaçıların görüşü ilə yekun
Sabah Azərbaycan Premyer Liqasında ilk dövrəyə yekun tura start veriləcək. Sportnet.az-ın məlumatına görə, VII turun açılış matçı Bakı derbisi ilə olacaq. Həmin matda ötən mövsüm Avropa Liqasına vəsiqə qazansalar da, müxtəlif səbəblərdən iştirak edə bilməyən "İnter" ilə "Zirə" ilə üzləşəcək. Zaur Svanadzenin komandanı qalib gələcəyi halda turnir cədvəlində yenidən 1-ci pilləyə yüksələrək birinci dövrəni vahid lider kimi başa vura bilər. Çünki "İnter"in əsas rəqibləri olan "Qəbələ" ilə "Qarabağ" öz aralarında oynayacaq və ən azı birinin xal itirməsi qaçılmazdır. Oyunun heç-heçə bitərsə isə hər ikisi xal itirəcəyindən, bu, "İnter"in işinə daha çox yarayacaq.
İlk üçlüyün ən yaxın izləyiciləri olan "Sumqayıt"la "Kəpəz" şənbə günü meydana çıxacaqlar. "Gənclik şəhəri"nin təmsilçisi autsayder AZAL-ı qəbul edəcək. Samir Abasovun komandasının qalib gələrək ilk dövrəni 4-cü pillədə başa vurmaq şansı çoxdur. "Kəpəz" ilə "Neftçi" isə tarixi derbiyə çıxacaq. Gəncə klubu bu matçı səfərdə keçirsə belə, turnir cədvəlində mövqeyinə görə oyunun favoriti sayılır. Hər halda, onu unutmayaq ki, "Neftçi" sondan əvvəlki pillədə gedir və yeni baş məşqçi Elxan Abdullayevin dövründə də məğlubiyyətləri sıralayır.
Tura mərkəzi oyunla yekun vuruılacaq. "Qəbələ" iə "Qarabağ"ın görüşü nəinki turun, ümumulikdə çempinatın ən önəmli qarşılaşmalarından sayılır. Hər halda, çempionluğa əsas namizədlər məhz bu 2 komanda sayılır. "Qarabağ" Premyer Liqamızda son 3 mövsümün qalibi olsa da, hazırda "Qəbələ" liderdir. Üstəlik, Roman Qriqorçukun komandası cari mövsümdə nə uduzub, nə də qol buraxıb. "Qəbələ" 3 xal qabaqladığı "Qarabağ"ı evdə yenərsə, fərqi 6-ya artıracaq. Bu isə böyük üstünlük sayılacaq. Onu da nəzərə alaq ki, Qurban Qurbanovun komandası cari çemionatda səfərdə o qədər də yaxşı təsir bağışlamır. Təsadüfi deyil ki, "Qarabağ"ın xal itkiləri rəqib meydanında olub - "İnter"ə 1:2, "Kəpəz"lə 1:1.
Bir vacib məqam da odur ki, mərkəzi oyunun iştirakçıları Avropa Liqasında ağır sınaqdan sonra çempionatda meydana çıxacaqlar. "Qarabağ"ın səfərdə, özü də "Fiorentina" kimi güclü rəqibə qarşı oynayacağını nəzərə alsaq, daha çox güc sərf edəcək.
30 sentyabr (cümə)
15:00. "İnter” – "Zirə”
Bakı. "İnter Arena” stadionu
1 oktyabr (şənbə)
17:00. "Sumqayıt” – AZAL
Sumqayıt. "Kapital Bank Arena” stadionu
Bakı. "Əlincə Arena” stadionu
2 oktyabr (bazar)
19:00. "Qəbələ” – "Qarabağ”
Qəbələ. Şəhər stadionu