1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"İnter" qələbəni əldən verdi - YENİLƏNDİ
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında ilk dövrənin son turuna start verilib. Sportnet.az-ın məlumatına görə, VII turun ilk oyununda "İnter" Zirənin eyniadlı komandasını qəbul edib.
"İnter Arena"da keçirilmiş görüş heç-heçə ilə nəticələnib - 1:1. Meydan sahibləri hesabı 22-ci dəqiqədə açıb: Ağabala Ramazanov fərqlənib. Lakin uzatma dəqiqələrində "Zirə" Viktor İqbekoyinin gözəl qolu ilə bərabərliyi təmin edib.
Beləliklə, xallarını 15-ə çatdıran "İnter" 2-ci pillədə yer alıb. 3 oyunluq məğlubiyyət seriyasından sonra xal qazanan "Zirə" isə 7 tur ərzində cəmi 7 xal yığa bilib və elə "Kəpəz"lə birgə 5-6-cı yerləri bölüşür.
Azərbaycan Premyer Liqası, VII tur
30 sentyabr (cümə)
15:00. "İnter" – "Zirə" - 1:1
Qol: Ağabala Ramazanov, 22 - Viktor İqbekoyi, 90+1
Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, Azər Əsgərov, Vüsal Qənbərov
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Əli Hüseynov
Bakı. "İnter Arena"
12-ci dəqiqədə "İnter"in hücumçusu Rauf Əliyev topu başla tora göndərib. Lakin yan xətt hakimi oyundankənar vəziyyət olduğunu bildirərək, qolu qeydə almayıb.
Qeyd edək ki, turun digər oyunları 1-2 oktyabrda keçiriləcək.