1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Tarixi qolun müəllifinin diqqətinə: 50-yə nə qaldı ki...
"Zirə"nin nigeriyalı futbolçusu Viktor İqbekoyi Azərbaycan milli çempionatında 48-ci qolunu vurub. Sportnet.az-ın məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi buna Premyer Liqanın VII turunda "İnter"lə 1:1 hesabı ilə nəticələnən bugünkü səfər matçının 1-ci uzatma dəqiqəsində vurduğu bərabərlik qolu ilə imza atıb.
Bununla da İqbekoyi milli çempionatımızda ən çox qol vuran legionelərin siyahısında 3-cü pillədə mövqeyini möhkəmlədib. Onun ən yaxın izləyicisi 5 qol qabaqladığı "Qarabağ”ın braziliyalı hücumçusu Reynaldo Silvadır.
Liderlik isə gürcü hücumçuların əlindədir. Bombardir millimizin sabiq hücumçusu Badri Kvaratsxeliyadır – 71 qol. Onun həmyerlisi Georgi Adamiya isə 61 dəfə fərqlənib. Ancaq məlum olduğu kimi, onların hər ikisi nəinki artıq nəinki milli çempionatımızda oynamırlar, karyeralarını da bitiriblər. Deməli, İqbekoyi hazırda Premyer Liqamızda çıxış edən legionerlər arasında ən məhsuldar futbolçudur.
Viktor milli çempionatımızın Afrika, Asiya, Avstraliya və Okeaniyadan olan legionerləri arasında bir neçə göstəricidə liderlik edir. Əvəla, o, bombardirdir və ən azı 20 qol vuranlar arasında ən yaxın izləyicilərinin hamısı artıq milli çempionatımızda oynamırlar. Maraq üçün bildirək ki, 2-ci pillədə 38 qolla "Neftçi”nin türkmənistanlı sabiq hücumçusu Bahodir Nasimovdur.
İqbekoyi 252 matçla bu 3 qitə üzrə oyun sayında da rekordçudur. O, eyni zamanda ən çox mövsüm keçirəndir. Bu, Viktorun Azərbaycanda ardıcıl 11-ci mövsümüdür. Afrikalı həm də ölkəmizdə ən çox klub dəyişəndir. İqbekoyi bunadək "Turan”, "Qarabağ” və AZAL oynayıb.
Xatırladaq ki, bu, Viktorun 2-ci mövsümdür şərəfini qoruduğu "Zirə"də 3-cü qoludur. O, komandanın Premyer Liqada ilk qolunun müəllifi kimi tarixə düşüb. Keçmiş komandası AZAL-ın qapısna yol tapan legioner "Ziri"nin ilk qələbəsinin (1:0) da əsas memarı olub.