1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Sumqayıt"dan hakimlərə etiraz
"Sumqayıt"la AZAL arasındakı Azərbaycan Premyer Liqasının VII tur matçının ilk yarısı meydan sahiblərinin hakimlərə etirazları ilə müşayiət olunub.
Sportnet.az-ın məlumatına görə, qonaqlar erkən qolla hesabda önə çıxdıqdan sonra yerli komandada referi İnqilab Məmmədovun rəhbərlik etdiyi briqadaya müxtəlif epizodlarda narazılıqlar baş qaldırıb. Əvvəlcə kapitan Vurğun Hüseynovun mərkəzdə qaydanı pozduğunu bildirən Məmmədov bu zaman səbəbkarın sərt təpkisi ilə qarşılaşıb. Baş hakim Hüseynova sarı vərəqə göstərsə də, yenə kapitanın dili dinc dayanmayıb. Amma bu dəfə ona ikinci sarı vərəqə göstərilməyib.
Hissənin sonlarında yan xətt hakimi Vaqif Musayev nəinki baş məşqçi Samir Abasov, hətta köməkçi-məşqçi Seymur Rəhimovun etirazları ilə qarşılaşıb. Buna Musayevin önündə baş verən qayda pozuntusunu qeydə almaması səbəb olub. Rəhimov texniki zonadan xeyli irəli çıxaraq laynsmanın üzərinə yeriyib. Amma bu dəfə də baş hakim onu əfv edib.
Fasilə ərəfəsində isə meydanda qeyri-adi olay baş verib. "Sumqayıt"ın iki futbolçusu bir-birindən xəbərsiz topu yan xətdən oyuna daxil edib. Referi toplardan birinin meydandan kənarlaşdırılmasını istədikdə, meydan sahibləri topu AZAL-ın qapısı tərəfə ünvanlayıblar. Bu zaman qapıçı Aqil Məmmədov topun qarşısını kəsib və bir az da vaxtı uzadıb. Beləliklə, adi epizoda görə oyunda bir dəqiqəyədək fasilə yaranıb.
Qeyd edək ki, ilk yarıdan sonra AZAL hesabda öndədir - 1:0.