1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Samir Abasov: "Qazandığımız xal qənimətdir"
"Qazandığımız xal qənimətdir. Amma ilk dəqiqələrdən qol buraxırıq". Sportnet.az-ın məlumata görə, bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasında bu gün AZAL-la 1:1 hesabı ilə nəticələnən ev oyunundan sonra keçirilən mətbuat konfransında bildirib. O, hələ də axtarışda olduqlarını söyləyib: "Əlimizdəkiləri sınayırıq. Amit Quluzadədən ötən tur çox razı qaldıq. Mənim üçün fərqi yoxdur, kim zəif oynadı, dəyişirik".
Abasov Mirabdulla Abbasovun ehtiyatda qalmasının səbəbini izah edib: "Amil Yunanova bu oyunda daha xeyirli olacağını düşündük. Ona görə Mirabdulla Abbasovu ehtiyatda saxladıq. Öz gücümüzə olan rəqiblərlə oynaya bilmirik. Çox maraqlı sindrom hələ də davam edir. Məncə, bu, arxayınçılıqdan irəli gələ bilməz. Məhəmməd Qurbanovun dağıdacağına da inanmırdım. Amma onun ustalıq səviyyəsinə inanıram. İstəyirəm ki, tez formaya düşsün".