Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında VII tura yekun vurulub. Sportnet.az-ın məlumatına görə, "Neftçi”nin əsas komandası kimi əvəzediciləri də "Kəpəz”ə qol buraxmadan qalib gəlib - 1:0. Qələbə topunun müəllifi oyunun 66-cı dəqiqəsində fərqlənən Pərviz Qaraxanov olub.
"NeftçiⅦ 13 xalla "Qarabağ" və "İnter"lə birgə şərikli lider olub. "Kəpəz" isə 6 xalla sondan əvvəlki pillədədir.