"Qəbələ” Avropa Liqasının qrup mərhələsində ilk dəfə 1 oyunda 2 qol vurub. Sportnet.az-ın məlumatına görə, bu, II turda Almaniyanın "Maynts” klubuna "Bakcell Arena”da 2:3 hesabı ilə uduzduğu qarşılaşmada gerçəkləşib. Özü də Roman Qriqorçukun komandası ikinci hissənin əvvəlində bunu qısa zamanda – 5 dəqiqəyə etməklə də fərqlənib.
Matçın 57-ci dəqiqəsində Ruslan Qurbanov penaltidən hesabı bərabərləşdirib. 62-ci dəqiqədə isə Sergey Zenyov sol ayağı ilə uzaq küncü dəqiq nişan alıb.
Roman Qriqorçukun komandası qrupda bunadək 3 oyunda hərəsində 1 qol vurmuşdu. Bu, ötən mövsüm "Krasnodar”a səfərdə (1:2), Dortmund "Borussiya”sına evdə (1:3) uduzduğu matçlarda braziliyalı sabiq kapitanı Dodo, bu mövsümdə isə ilk turda "Anderlext”ə Brüsseldə 1:3 hesabı ilə məğlub olduğu qarşılaşmada fransalı hücumçusu Baqali Daboyla olub.
"Qəbələ” ölkəmizin 4-cü mövsümdür təmsil olunduğu qrupda 1 oyunda 2 qol vuran 3-cü klubu olub. İlk dəfə bunu debütantımız "Neftçi” qrup mərhələsinin son turunda "İnter”lə Milanda 2:2 hesablı heç–heçə etdiyi matçda gerçəkləşdirib. "Qarabağ” ardıcıl 3-cü mövsündür çıxış etdiyi qrupda 1 oyunda 2 qolu yalnız bu dəfə ilk turda – Çexiyanın "Slovan” klubu ilə 2:2 hesabı ilə nəticələnən matçda olub. Azərbaycanda qrupa hələ ki bu 3 klubla təmsil olunub.
Azərbaycan məhz "Qəbələ"nin timsalında Almaniya klubuna avrokubokda ilk dəfə 1 oyunda 2 qol vurub. Təbii ki, bu, "Maynts”la sözügedən matçda olub. Bunadək
Azərbaycanla Almaniyanın klubları avrokuboklarda 6 dəfə görüşüb. "Qarabağ”
2010-cu ildə Avropa Liqasının pley-off mərhələsində Dortmund "Borussiya”sının
qapısına yol tapa bilməyib – səfərdə 0:4, evdə 0:1. Bundan 3 il sonra həmin mərhələdə Frankfurtun "Ayntraxt” klubuna rəqib olan Ağdam təmsilçisi 2 oyuna 1 qol vurub –
evdə 0:2, səfərdə 1:2. Həmin qolun müəllifi braziliyalı hücumçu Reynaldo
Silva olub.
Nəhayət,
ötən mövsüm "Qəbələ”nin Dortmund "Borussiya”sı ilə yolu qrupda kəsişib. Dodo "Bakcell Arena”da "Maynts”a qol vurulan qapıya yol tapmışdı – 1:3. Dortmundakı matçda isə "Qəbələ” 0:4 hesabı ilə
uduzub.
Bu dəfə
almanlara qol vuran millimizin hücumçusu Ruslan Qurbanovla Estoniya yığmasındakı həmkarı
Sergey Zenyov olub. Göründüyü kimi, Ruslan almanlara qol vuran ilk azərbaycanlı futbolçudur.
Mehman SÜLEYMANOV