1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Fariz Nəcəfov: "Qışda transfer etmək fikrimiz yoxdur"
"Sözsüz ki, "Qarabağ"la oyunda qalib gəlmək istəyirk. Hər zaman olduğu kimi, bütün rəqiblərə olduğu "Qarabağ"la qarşılaşmaya da ciddi hazırlaşmışıq. Bilirik ki, rəqibimiz həm heyətinə, həm də təcrübəsinə görə digər komandalardan üstündür. Ona görə matça daha ciddi hazırlaşmışıq. Ümid edirəm ki, bizi maraqlı, baxımlı oyun gəzləyir. Azarkeşlərin sayından da bunu sezmək olar". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Azərbaycan Premyer Liqasında "Qarabağ"la bugünkü matç öncəsi "CBC Sport"a açıqlamasında bildirib. Onun fikrincə, rəqibin bir sıra əsas futbolçularını ehtiyatda saxlaması özləri üçün üstünlük deyil: "Çünki "Qarabağ"ın heyətində yetərincə təcrübəli futbolçu var. Bu, eləcə də "Qəbələ"nin heyətindədir. Baş məşqçi istənilən taktikanı seçə bilər. Bu, ona aid olan məsələdir. Hər iki komanda matça ciddi hazırlaşıb".
Nəcəfov "Qarabağ"ın Avropa Liqasında qrupdan çıxmaq şansının "Qəbələ"dən çox olması ilə bağlı fikirlərlə razılaşmadığını deyib: "Qrupa düşən hər bir komanda güclüdür. Bu, bizim, həm də "Qarabağ"ın qrupuna aiddir. Hamısı iddialıdır, bura gəliblərsə, deməli, güclüdürlər. Öz qrupumuza gəlincə, məlumdur ki, Almaniya, Fransa, Belçika çempionatları güclüdür. Ona görə də bizim üçün çox çətindir. İlk 2 oyunda olduğu kimi, "Sent-Etyen"lə matça da qələbə üçün gedirik. Prqonoz verməyi xoşlamıram. Ancaq ölkəmizi, vətənimizi layiqincə təmsil etmək üçün əlimizdən gələni edəcəyik".
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk "Maynts"la oyundan sonra mətbuat konfransında bildirib ki, qrupda oynayan komandanın iki güclü heyəti olmalıdır. "Qəbələ"də isə ehtiyat oyunçular skamyası baxımından sıxıntılar var. Nəcəfov qış fasiləsində transfer məsələlərinə toxunub: "Baş məqşçinin fikri ilə razıyam. Ancaq heyətimizi 1-2 futbolçu ilə gücləndirməklə rəqiblərimiz olan komandaalrın səviyyəsinə qalxa bilmərik. Szsüz ki, heyətimizdə olan 2 itki - Nika Kvekveskiri ilə Too Uiksin yoxluğu öz sözünü dedi. Onların olmamağı "Maynts"la qarşılaşmada komandaya böüyk zərbə oldu. Qış transfer dövründə komandaya futbolçu cəlb etmək hələ ki fikrimiz yoxdur. Baş məşqçi ilə yeni transferlərlə bağlı danışığımız olmayıb. Ancaq hər şey ola bilər. Ola bilər ki, zədəli futbolçu olsun. Yaxud qışda baş məşqçi hansısa futbolçunu göndərmək istəsin. Onda belə bir fikir yarana bilər".
Vitse-prezidenti Qriqorçukun başqa kluba getməsinin mümkünlüyü ilə bağlı deyilənlərin şayiə olduğuna görə bunu şərh etməyi lazım bilməyib: "Ona görə də həm, həm də baş məşqçimiz bu haqda danışmağı mənasız hesab edirik. Bu haqda danışmağın mənası da yoxdur. Bizim Qriqorçuklla müqaviləmiz var. Sözsüz ki, şəxsən mən Qriqorçukla müqvailəni uzatmaq istəyərdim. Ancaq nə baş məqşçiylə, nə də klubun prezidenti ilə bu haqda söhbətimiz olub. Çünki müqaviləmiz hələ ki davam edir".