1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ervin Sançes: "Penalti qurtarışı bizi olduğumuzdan da güclü etdi"
"Boavişta"nın baş məşqçisi Ervin Sançes "Moreyrense" üzərində 2:0 hesablı qələbə qazandıqları Portuqaliya çempionatının VII tur matçını dəyərləndirib.
Sportnet.az-ın məlumatına görə, 47 yaşlı mütəxəssis məhz 26-cı dəqiqədə Kamran Ağayevin dəf etdiyi penaltinin rolunu qabardıb. O bildirib ki, həmin qurtarışdan sonra komandası öz imkanlarından da artıq təsir bağışlayıb: "Penalti epizodundan sonra komandamız qadir olduğundan da güclü oldu. Nəticədə lazımı vaxtda qol vurduq. Bu, çoxdan gözlədiyimiz qələbə idi. Oyunçularım və azarkeşlər bu qələbəyə layiq idilər. Qalib gəlməyimizin bir səbəbi də çalışqanlığımız idi və komandamız çox yaxşı mübarizə apardı".
Boliviyalı baş məşqçi yığma komandaların oyunları ilə əlaqədar çempionatda yaranan fasilə müddətində daha hazırlıqlı vəziyyətə gəlməyə çalışacaqlarını vurğulayıb.
Qeyd edək ki, "Boavişta" ilk qolu Kamran Ağayevin penaltini dəf etməsindən cəmi 4 dəqiqə sonra vurub.