1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Tarik Elyunussi: "Azərbaycan yığmasından 3 xal almalıyıq"
"Milli komandadan kənarda qaldığım müddət darıxdırıcı idi. Yenidən Norveç yığmasının heyətində cəlb olunmaq çox yaxşıdır".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının 2018-ci dünya çempionatının seçmə mərhələsində növbəti rəqibi olan Norveç yığmasının futbolçusu Tarik Elyunussi ölkəsinin futbol federasiyasının rəsmi saytına açıqlamasında deyib. Yunanıstanın "Olimpiakos" klubunun 28 yaşlı yarımmüdafiəçisinin uzun fasilədən sonra milliyə qayıdışı oktyabrın 8-də Bakıda keçiriləcək matça təsadüf edib.
Almaniyanın "Hoffenhaym" klubunda aldığı ağır zədə üzündən 1 il yaşıl meydanda kənarda qalmalı olan Elyunussi ötən mövsüm az oynayıb. Nəticədə milidən də kənarda qalmalı olan futbolçu cari mövsümdən Yunanıstanın "Olimpiakos" klubunun şərəfini qoruyur. O, zədələrlə mübarizəni uğurla başa vurduğuna görə sevinir: "Bu, çox çətin dövr idi. Gənc olsaydım, mənə daha ağır olardı. Mənim təcrübəm var və bilirəm ki, hansı vəziyyətdəyəm. Ancaq zədələr bir-birini əvəzləyirdi. Həkimlərə tez sağalmağımla bağlı xahiş edirdim. Onlar dəqiq nə vaxt oynayacağımı bilmirdilər".
Elyunussi 39 oyunda 9 qol vurduğu millisində xilaskar sayılır. Ancaq o, fərqli düşünür: "Deməzidm ki, mən xilaskaram. Bu, birgə görməli olduğumuz işdir. Qarşıda 2 oyunumuz var ki, onlardan 6 xal almalıyıq. Mən milli komandaya təcrübəli, veteran futbolçu kimi qayıdıram. Hərçənd, 28 yaşım var".
Xatırladaq ki, Norveç millimizlə matçdan 3 gün sonra autsayder San Marino yığması ilə görüşəcək.