İspaniyalı futbolçu Cerar Pike yığma komandada karyerasını başa vuracağı vaxtı açıqlayıb. Sportnet.az-ın "Eurospor"a istinadən məlumatına görə, Pike 2018-ci il dünya çempionatından sonra yığmada forma geyinməyəcəyini deyib.
29 yaşlı müdafiəçi karyerası ilə bağlı bunları bildirib: "Milli komandada hər şeyimi versəm də, son zamanlarda xoş qarşılanmadım. Baş məşqçimiz Hulen Lopeteqinin yeni layihəsi bizi çox həyacanlandırır. Bizə çox şey verəcək. Bu səbəbdən dünya çempionatına qədər davam edəcəm. Birlikdə başladıq və bir yerdə də davam edəcəyik. Rusiyadakı mundial mənim yığmadakı son turnirim olacaq".
Qeyd edək ki, Pike 2009-cu ildən İspaniya yığmasında çıxış edir.