
İtaliyanın "Yuventus" klubu 10 yaşlı fələstinli futbolçu Rəşid əl-Həcəvi ilə müqavilə bağlayıb. Sportnet.az-ın məlumatına görə, Əl-Həcəvi "Youtube"dakı bir neçə videorolik sayəsində məşhurlaşıb.
Həmin görüntülərdə o, əla texnikasını nümayiş etdirir.
Əl-Həcəvi Norveçdə fələstinli ailədə doğulub. O, artıq "Yuventus"un stadionuna baş çəkib və həmyaşıdları ilə klub bazasında ilk məşqinə çıxıb. Artıq bəziləri Rəşidi yeni Messi adlandırır.