1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kvekveskiridən son xəbər
"Qəbələ"nin gürcü futbolçusu Nika Kvekveskiri hələ də hazırlıqdan kənarda qalıb.
Bu haqda Sportnet.az-a məlumat verən komandanın baş məşqçisi Roman Qriqorçuk yarımmüdafiəçinin sağalmasını gözlədiklərini bildirib: "Nika məşqlərimizdən kənarda qalmaqda davam edir. Çünki zədəsini sağaltmayıb. Düşünürük ki, Kvekveskiri 10 gündən sonra məşqlərə başlayacaq. Ancaq bu, yalnız proqnozdur. Heç kim dəqiq söz söyləyə bilməz".
Xatırladaq ki, Nika Kvekveskiri 1 ay qabaq Avropa Liqasının qrup mərhələsinin startında - Belçikada "Anderlext"lə oyundan öncəki məşqdə zədələnib. O, Gürcüstan millisinin bu ay keçirdiyi rəsmi qarşılaşmalarına məhz bu səbəbdən çağırılmayıb.
Mehman SÜLEYMANOV