"Neftçi” baxışda olan 3 futbolçu ilə müqavilə bağlayıb. Sportnet.az-ın məlumatına görə, müdafiəçi Mahir Şükürov, serbiyalı qapıçı Boban Baykoviç və braziliyalı yarımmüdafiəçi Jonas Enrike Pessalli mövsümün sonunadək "ağ-qaralar"ın formasını geyicənəklər.
Şükürov 1982-ci il dekabrın 12-də Sumqayıtda anadan olub. Bir sıra Azərbaycan komandaları ilə yanaşı, Türkiyənin "Antalyaspor”, "Karşıyaka” və Rusiyanın "Anji” klublarında çıxış edib. 2006-2007-ci və 2012-2014-cü illərdə "Neftçi”də çıxış etmiş Şükürov Azərbaycan milli komandasının heyətində 75 oyun keçirib.
Baykoviç 1985-ci il martın 15-də Monteneqronun Çetinye şəhərində dünyaya gəlib. Yerli "Lovçen” klubunun yetirməsidir. O, həmçinin serbiyanın "Srvena Zvezda”, "Yedinstvo”, "Radniçki”, "Rad”, "Smederevo”, "Srem Mitrovitsa” klublarının da şərəfini qoruyub. Baykoviçin sonuncu klubu Belçika "Lyers”i olub.
Pessalli 1990-cı il sentyabrın 24-da Braziliyanın Bentu Qonsalveş şəhərində doğulub. "Qremio”nun yetirməsi olan futbolçu Brazliyanın "Qremio Barueri”, Fransanın "Anje” və "Luson” klublarında çıxış edib.