1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Əmrə Mor qovuldu
Türkiyə milli komandasının futbolçusu Əmrə Morun intizamsızlığı davam edir. Sportnet.az-ın məlumatına görə, istedadl oyunçu bu dəfə klubunda - Dortmund "Borussiya"sında "fərqlənib".
Mor az öncə başa çatan Bundesliqanın VII turunun açılış matçında - "Herta" ilə ev oyununun 84-cü dəqiqəsində birbaşa qırmızı vərəqə alıb. Baş hakim 19 yaşlı yarımmüdafiəçini rəqibə aşkar kobudluğa görə meydandan qovub. Bu, onun hazırklı klubunda ilk belə cəzası olub. Düzdür, bundan sonra rəqib də birbaşa qırmızı vərəqə nəticəsində azlıqda qalsa da, bu, "Borussiya"nın vacib 2 xal itkisinə mane olmayıb - 1:1.
Xatırladaq ki, Əmrə yığmanın son 2 oyununda aldığı sarı vərəqələr nəticəsində cəzalı duruma düşərək Kosovo millisi ilə qarşıdakı rəsmi oyunu buraxmalı olacaq.