Premyer Liqanın 8-ci turunda "Neftçi" üzərində 2:0 hesablı qələbədən sonra "Zirə"nin baş məşqçisi Adil Şükürov mətbuat konfransı keçirib. Sportnet.az-ın məlumagəa görə, gənc mütəxəssis ilk olaraq matç haqda fikirlərini açıqlayıb.
- Allaha şükür ki, bizə bu qələbəni bəxş etdi. "Neftçi" yaxşı oyun sərgilədi. Millinin oyunları ilə əlaqədar yaranmış fasilədən maksimum yararlandıq.
- "Neftçi" üzərində cari mövsümdə 2-ci qələbənizi qazandınız. Rəqibi bu qədər yaxşı təhlil etmisiniz?
- "Ağ-qaralar"ın zəif mövqelərini təhlil etmişdik və bundan maksimum yararlandıq.
- Çoxluqda qaldıqdan sonra üstünlüyünüzü itirdiniz. Bu, nə ilə bağlıdır?
- Futbolçularımızda yorğunluq var idi. Həm də bilirdik ki, azlıqda qalsa da, "Neftçi" oyunu xilas etmək üçün irəli atılacaq. Belə də oldu.