"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsində qarşıdakı rəqibi olan Fransanın "Sent-Etyen" klubu ölkə çempionatının hesabat turunda məğlubiyyətdən sonda anda xilas olub. Sportnet.az-ın məlumatına görə, Sent-Etyen şəhərinin eyniadlı təmsilçisi "Dijon"la bu gün keçirilən 9-cu turun ev matçında 1:1 hesablı bərabərliyə qalıb.
Oyunun 22-ci dəqiqəsində buraxdığı qolla hesabda geri düşən rəqibimiz yalnız 90+4-cü dəqiqəsində bərabərlik qolunu vurmağa müvəffəq olub. Qonaqların oyunçusu həmin anda 2-ci sarı vərəqə alaraq həm meydandan qovulub, həm də penaltiyə səbəbkar olub. Meydan sahiblərinin hücumçusu Nolan Rouks 11 metrlik cərimə zərbəsini dəqiq vurub.
"Sent-Etyen" 9 oyundan 13 xalla turnri cədvəlində 9-cu pillədə yer alıb. Komanda "Qəbələ" ilə oktyabrın 20-da öz meydanında görüşəcək.