"Neftçi"nin braziliyalı legioneri Junior Pereyra Denilson Azərbaycan Premyer Liqasının VIII turunda "Zirə" ilə 0:2 hesabı ilə məğlub olduqları səfər matçından sonra müsahibə verib. Hücumçu Sportnet.az-ın matçda oan əməkdaşının da suallarını cavablandırıb.
- Niyə belə nəticə alındı?
- Çünki komanda sıx oynamadı. İlk dəqiqlərdən oyuna kökləndik, ancaq sonrada konsentrasiyanı itirdik.
- Öz oyunundan nə dərəcədə razı qalıdn? Niyə oyunun alınmadı?
- İlk 10 dəqiqəyə yaxşı başladıq. Ancaq bəzi futbolçularda konsentarsiya itdi. Özünüz də bilrsiniz ki, futbol komanda oyundur. Meydana 11 nəfər yaxşı vuruşmalıdır, sonadək mübarizə aparmalıdır. Bir-iki futbolçu köklənə bilməsə, difər futbolçuların da oyunu alınmır. Bu üzdən komandamızın oyunu alınmadı.
- Baş məşqçi dəyişsə də, "Neftçi" yenə uduzur. Bəlkə problem futbolçulardadır?
- Futbol kollektiv oyun olduğundan 11 nəfər meydanda bir yumruq kimi olmalıdır. Əgər 11 futbolçu komanda kimi mübarizə apara bilməyirsə, istəyirsən Qvardiolanı gətir, nəticə olmayacaq.
- "Neftçi"nin qapısına 1 penalti təyin oldu, 1 qırmızı vərəqə göstərildi. Bəlkə hakimliklə bağlı problem oldu?
- Hakimlik barədə heç deyə bimərəm. Çünki yaxşı oyun idarə elədi. Heç bir səhvi olmadı.
- Qarşıdan 3 çətin oyununuz gəlir. "Qarabağ", "Qəbələ" və "İnter". Bu matçlardan nə gözləyirsən?
- Futbol səhvlər üzərində qurulur. Qalib gəlmək üçün rəqibin səhvindən istifadə etmək lazımdır. Rəqib "Qarabağ"dan da güclü komanda olsun, hücuma atılıb qol vurursansa, qalib gələ bilərsən. Sabah bilmək olmaz ki, "Qarabağ"la bizi necə oyun gözləyir. Bəlkə elə səhv elədi ki, bundan istifadə edərək qol vurduq və qələbə qazandıq. İndidən bilmək olur.
- Hücumda rumıniyalı komanda yoldaşın Katalin Tira ilə oyunun heç alınmır. Bəlkə Jonas Enrike Pessallinin gəlindən sonra vəziyyət düzələcək? Hər halda, o həmyerlindir...
- Mən hücumçuyam və meydanda bu funksiyanı yerinə yetirirəm. Kimin oynamağına baş məşqçi qərar verməlidir. Bu gün Tiranı əsas heyətə qoyubsa, oyunun alınıb-alımamağından asılı olmayaraq onunla oynamağa hazıram. Sabah Pessalli start heyətində olacaqsa, onunla birgə oynayım baş məşqçini göstərişlərini icra edəcəyəm.