
UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda Yunanıstanın PAOK klubunu qəbul edəcək. Sportnet.az-pn məlumatına görə, Ağdam təmsilçisi oktyabrın 20-də saat 21:00-da başlayacaq bu oyunla bağlı "Dəstək sizdən, qələbə bizdən!" adlı promo video hazırlayıb: "Bu vacib qarşılaşmada siz də tribunada yerinizi alın və komandamıza dəstək olun!".