1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Atalar üçdən deyib, yaxud Qriqorçuk üçün fərqli anlar
"Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycanda 2 illik fəaliyyəti müddətində 3-cü dəfə cəzalanıb. Sportnet.az-ın məlumatına görə, 51 yaşlı mütəxəssis ilk dəfə ötən çempionatın XXX turunda "Rəvan"a Qəbələdə 2:0 hesabı ilə qalib gəldikəri matçda "texniki zona”dan qovulub.
Roman İosifoviç aprelin 15-də keçirilmiş həmin matçın son dəqiqələrində "texniki zona” qaydalarını pozduğuna görə baş hakim Rauf Cabbarov tərəfindən kənarlaşdırılıb.
Qriqorçukun ikinci cəzası Avropa Liqasının qrup mərhələsinin IV turunda Fransanın "Sen-Etyen” klubuna "Bakcell Arena”da 1:2 hesabı iə uduzduqları matçın ilk hissəsinin son dəqiqəsində ispaniyalı baş hakim Karlos Del Serronun qərarına etirazını bildirdiyinə görə olub. Nəticədə dərhal tribunalara göndərilən baş məşqçi cəzalı duruma düşüb. UEFA-nın çıxaracağı 1 oyunluq cəza üzündən Qriqorçuk növbəti turda - noyabrn 24-də elə "Bakcell Arena”da Belçika "Anderlext”i ilə matçda "texniki zona”dan kənarda olacaq.
Ukraynalı baş məşqçi ötən həftə 3 gündə 2 dəfə tribunalara göndərilib. Bu dəfə yarış Azərbaycan Premyer Liqası, məkan "AZAL Arena”, baş hakim İnqilab Məmmədov idi. AZAL-la səfər matçının ilk hissəsinin ortasında əvvəlcə rəqib futbolçu, sonra həmkarı ilə "atışan" və nəticədə "texniki zona"dan kənarlaşdırılan təcrübəli mütəxəssis AFFA-nın İntizam Komitəsinin sabahkı iclasında 1 oyunluq cəzaya məruz qalacaq. Nəticədə ukrayalı mütəxəssis növbəti turda - noyabrın 19-da "Zirə” ilə ev oyununu tribunalardan izləməli olacaq.
Onun yoxluğunda komandanı meydana əsas köməkçisi Sənan Qurbanov çıxaracaq. Qriqorçuk cəzalı olduğundan, oyunsonrası mətbuat konfransında da iştirak edə bilməyəcək.
Qeyd edək ki, Roman Qriqorçuk vətənində Odessa "Çernomorets”inin sükanı arxasında olanda 1 dəfə "texniki zona” qaydalarını pozduğuna görə kənarlaşdırılıb və "İlyiçevets”lə matçı buraxmalı olub. Onun "Qəbələ"də ilk cəzasında "Xəzər Lənkəran"la səfər matçında komandası 1:0 hesabı ilə qalib gəlib. Sadəcə, onda əsas köməkçisi olan həmyerlisi Mixaylo Savka artıq klubda olmadığından, bu dəfə həmin iş azərbaycanlı məşqçinin üzərinə düşəcək.
Mehman SÜLEYMANOV