1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"dən ilk, Qriqorçuksuz eyni nəticə
"Qəbələ" Azərbaycan Premyer Liqası tarixində "Zirə"yə ilk dəfə evdə qalib gəlib. Sportnet.az-ın məlumatına görə, "qırmızı-qaralar" bunadək rəqibini evdə məğlub etməmişdi.
Qəbələdə keçirilən həmin matçlar 1:1 hesablı bərabərlik və Adil Şükürovun komandasının 2:1 hesablı qələbəsi ilə nəticələnib. Ümumiyyətlə, bu komandalar arasında keçirilən matçlar meydan sahibləri üçün elə də uğurlu alınmır. Təsadüfi deyil ki, bunadək yalnız 1 dəfə ev sahibi qələbəni bayram etmişdi. Bu, "Zirə"nin 1:0 hesabı ilə qalib gəldiyi matçdır. Bundan sonrakı 3 oyunda qonaqlar meydanı qalib tərk edib.
"Zirə" tarixində ən ağır zərbəni də məhz Qəbələdə alıb. Sadəcə, bu kubokda olub və 1:5 hesablı darmadağınla nəticələnib.
"Qırmızı-qaralar" son qələbəni baş məşqçisi Roman Qriqorçukun yoxluğunda qazanıb. Məlum olduğu kimi, ukraynalı mütəxəssis cəzalı olduğundan "texniki zona"dan kənarda qalıb. Belə olan halda, komandanı meydana onun əsas köməkçisi Sənan Qurbanov çıxarıb. Qriqorçuk ötən çempionatda da cəzalı olanda komanda məhz 1:0 hesabı ilə qələbə qazanmışdı. Bu, "Xəzər Lənkəran"la səfər matçı idi. Sadəcə, onda baş məşqçinin əsas köməkçisi həmyerlisi Mixaylo Savka olduğundan, komanda onun rəhbərliyi altında matça çıxmışdı.
Qriqorçuk "Qəbələ"yə baş məşqçi təyin olunandan olundan sonra Qurbanov artıq 4-cü dəfə baş məqşçi əvəzi olur. 36 yaşlı mütəxəssisin hələ də uduzmamağı (2 qələbə, 2 heç-heçə) diqqət çəkir.
Xatırladaq ki, Qriqorçuk 2014-cü ilin dekabrında "Qəbələ" ilə rəsmi müqavilə imzalasa da, son 3 oyunda Qurbanovun komandanın "sükanı arxası"nda olması məqsədəuyğöun sayıldı. Ukraynalı mütəxəssis həmin matçları da tribunadan izləyirdi.