Türkiyə Superliqasının XII turunda "Qalatasaray" və "Bursaspor" klubları üz-üzə gəlib. Sportnet.az-ın məlumatına görə, Bursa təmsilçisinin start heyətində Azərbaycan millisinin üzvü Dəniz Yılmaz da yer alıb. 28 yaşlı hücumçu 90 dəqiqə oynasa da, heç nə ilə yadda qalmayıb.
Oyunda hesabı qonaqlar açsalar da, meydan sahibləri sonradan 3 qol vuraraq əzmkar qələbəyə seviniblər.
"Qalatasaray" "Bursaspor" - 3:1
Qollar: Yasin Öztəkin 32, Uesli Sneyder 55, Eren Derdiyok, 90 - Kubilay Kanatsızkuş, 14