Arqentinanın IV Divizionunda çıxış edən "Deportivo Merlo" komandasının futbolçusu Emmanuel Franses 22 oyunluq diskvalifikasiya edilib.
Sportnet.az-ın məlumatına görə, buna Fransesin idmançıya yaraşmayan hərəkəti səbəb olub.
"Arxentino de Kilmes"lə görüşdə "Deportivo Merlo"nun futbolçuları baş hakim Xorxe Brogginin üzərinə hücum edərək, onların qapısına vurulmuş qolun ləğvini tələb ediblər. Qadın yan xətt hakimi Mariya Euxeniya Rokko oyunçuları aralamaq üçün onlara yaxınlaşdıqda, Fransesin hücumuna məruz qalıb. Zərərçəkənin Argentina Futbol Federasiyasına şikayəti təmin olunub.
Qeyd edək ki, cəza oktyabrın 20-dən qüvvəyə minib. Emmanuel Franses artıq 6 oyunu buraxıb.