Almaniyanın III divizionunda XVI turun oyunlarına start verilib. Sportnet.az-ın məlumatına görə, Azərbaycan milli komandasının sabiq futbolçusu Tuğrul Eratın şərəfini qoruduğu "Duysburq" doğma meydanda "Aalen"i qəbul edib.
Qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Erat bu matçı kənardan izləyib. Onun komandası xalını 28-ə yüksəldib və zirvədəki yerini qoruyub.