Futbol üzrə Azərbaycan Premyer Liqasının XIV turunun iki oyunun keçirilmə vaxtı dəyişdirilib. Sportnet.az-ın məlumatına görə, "Sumqayıt" - "Zirə" və "Neftçi" - AZAL görüşü nəzərdə tutulduğundan bir gün sonraya - 17 dekabra keçirilib.
Dəyişiklik "Sumqayıt", "Zirə", "Neftçi" və AZAL klublarının PFL-ə müraciətindən sonra qeydə alınıb. Adları qeyd olunan klublar Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları ilə Premyer Liqanın XIV turunun görüşləri arasında vaxtın az olduğunu əsas gətirib.
Nəticədə XIV turun bütün görüşləri eyni gündə - 17 dekabrda reallaşacaq.