Bu gün "Neftçi" Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, Elxan Abdullayevin komandası Türkiyənin I liqa təmsilçisi "Sivasspor"la qarşılaşıb.
Görüş qolsuz yekunlaşıb. "Neftçi"nin rəsmi saytı oyunun öz üstünlükləri şəraitində keçdiyini, baş hakimin isə 50-ci dəqiqədə "Sivasspor" lehinə şübhəli penalti təyin etdiyini yazıb. Lakin həmin penaltini "ağ-qaralar"ın ehtiyatdan oyuna daxil olan qapıçısı Maksim Vaylo dəf edib.
"Neftçi"nin start heyətində yeni transferlərdən Kirill Petrov, Pavel Dreksa, Georgi Navalovski, Zdenek Foprext, Namiq Ələsgərov, eləcə də baxışda olan Damir Vidoviç forma geyinib. Daha bir yeni transfer İqnasio Herrera isə hələ klubun düşərgəsində olmadığı üçün meydana çıxmayıb. Kapitan sarğısını Rəhman Hacıyev daşıyıb. İkinci hissədə
Boban Baykoviçi Maksim Vaylo, Georgi Navalovskini Mahir Şükürov,
Murad Ağayevi Edson Kastilyo, Damir Vidoviçi Jairo Rodriges əvəzləyib.
Qeyd edək ki, "Sivasspor" Türkiyə I Liqasında 16 oyundan sonra 28 xalla 4-cü pillədə gedir. Bu, klublarımızn 2017-ci ilin qış fasiləsində ilk matçı olub.
Yoxlama oyunu
18:00. "Neftçi" (Azərbaycan) - "Sivasspor" (Türkiyə) - 0:0
"Bellis Deluxe” otelinin meydanı
"Neftçi”: 33.Boban Baykoviç, 14.Kirill Petrov, 6.Pavel Dreksa, 29.Georgi Navalovski, 27.Məqsəd İsayev, 13.Murad Ağayev, 8.Zdenek Folprext, 19.Fəhmin Muradbəyli, 17.Rəhman Hacıyev (K), 9.Namiq Ələsgərov, 20.Damir Vidoviç.
Ehtiyat oyunçular: 53.Maksim Vaylo, 3.Jairo Rodriges, 22.Mahir Şükürov, 80.Edson Kastilyo
Görüş qarşılıqlı hücumlar şəraitində davam edir
5-ci dəqiqədə Namiq Ələsgərovun zərbəsindən sonra top qapının yanından keçdi
24-cü dəqiqədə Zdenek Folprextin ötürməsindən sonra Rəhman Hacıyevin zərbəsi təhlükəli, amma qeyri-dəqiq alındı
37-ci dəqiqədə Namiq Ələsgərovun zərbəsindən sonra rəqib qapıçı topu çıxartdı
İlk hissə qolsuz başa çatdı
İkinci hissə başlandı.
Boban Baykoviçi Maksim Vaylo, Georgi Navalovskini Mahir Şükürov əvəzlədi
50-ci dəqiqədə hakimin "Neftçi"nin qapısına təyin etdiyi şübhəli penalti zərbəsini Maksim Vaylo dəf etdi
63-cü dəqiqədə Fəhmin Muradbəylinin zərbəsindən sonra top qapının yanından keçdi
68-ci dəqiqədə Mahir Şükürovun yerinə yetirdiyi cərimə zərbəsindən sonra rəqib qapıçı topu "doqquzluq”dan çıxartdı
Murad Ağayevi Edson Kastilyo əvəzlədi
"Neftçi" ard-arda hücumlar təşkil edir. 69-cu dəqiqədə Rəhman Hacıyevin qol vurmasına rəqib qapıçı mane oldu
79-cu dəqiqədə Rəhman Hacıyevin zərbəsindən sonra top qapıdan azca aralı keçdi
82-ci dəqiqədə Damir Vidoviçi Jairo Rodriges əvəzlədi
88-ci dəqiqəsində Namiq Ələsgərov rəqib müdafiəçini geridə qoyaraq cərimə meydançasına daxil olsa da, onun zərbəsindən sonra top qapının bir neçə sm-liyindən keçdi
Son dəqiqədə Jairo Rodrigesin qol vurmasına rəqib qapıçı mane oldu
"Neftçi” – "Sivasspor” oyunu 0:0 hesabı ilə başa çatdı.