1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
"Ağabala Ramazanov həyəcanlı idi"
"Pis oyun alınmadı, çatışmayan cəhətlər var idi".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin Antalya bölgəsində Albaniya "Skenderbeu"suna 1:0 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra deyib.
45 yaşlı mütəxəssis bildirib ki, hazırda fiziki hazırlıq çox önəmlidir: "Burada hər bir rəqiblə oyunlarımızda 1-2 günün çox önəmi var. Çünki ola bilər ki, futbolçular fiziki yükləmələrlə meydana çıxsın, rəqib isə daha rahat olsun. Albaniyada çempionat bizdən bir həftə əvvəl başlayır, buna görə də onlar indi daha hazırlıqlı və yaxşı formadadırlar".
Qurbanov ilk yoxlama matçında komandasının müsbət və mənfi cəhətləri barədə də danışıb: "Hər iki hissədə oyun intizamı yaxşı idi, texniki səhvlərin olması isə normaldır. Futbolçularımda daha çox konsentrasiya gördüm. Qarşıda hələ yoxlama matçlarımız var, çalışacağıq ki, oyundan-oyuna səhvlərimizi aradan qaldıraq və daha yaxşı oyun göstərək. İkinci hissə daha maraqlı alındı, birinci hissəyə nisbətən açıq oyun getdi. İlk hissə bir az qapalı keçdi, komandam hücum qurmaqda daha çox düşünürdü".
Baş məşqçi yeni transfer və yeganə qolun müəllifi Ağabala Ramazanovun oyununa da toxunub: "İlk dəqiqələrdən hiss olunurdu ki, bir az həyəcanlı idi. Bir neçə top itkiləri oldu. Ağabala Ramazanov hər zaman meydanda öz əzmkarlığı, aqressivliyi ilə seçilən futbolçudur. Hazırda biz Ağabaladan tam razı qala bilmərik və istədiyimiz oyunu tələb edə bilmərik, çünki hələ komandaya yeni qoşulub. Yeni gələn futbolçunun ilk oyunda qol vurması onun komandaya daha tez uyğunlaşmasına kömək edir”.