"İnter"in baş məşqçisi Zaur Svanadze Azərbaycan Premyer Liqasının XVII turunda evdə "Neftçi"yə 1:3 hesabı ilə uduzduqları oyundan sonra müsahibə verib. Sportnet.az-ın məlumatına görə, gürcü mütəxəssis "CBC Sport"un suallarını cavablandırıb.
- "Neftçi"yə qarşı zəif oynadınız...
- Niyə belə olduğuna mən də təəccübləndim. Bu komanda ilə oyunumuz nəsə alınmır. Son 2 matçda məğlub olmağımız belə deməyə əsas verir. Müdafiədə çox pis oynadıq. Bütün komandanı tanımadım. Digər mövqelərlə müqaviyədə biz az hücum xəttimiz yaxşı oynadı. Çoxlu xətalaya yol verdik və buna görə də uduzduq.
- Əsas müdafiəçilərinizdən olan Zurab Xizanaşvili matça hazır deyildi. Onun oyunudan razı qaldınız?
- Yox. Zurabın oyunu xoşuma gəlmədi. O, mənə dedi ki, oyuna hazıram.
- "İnter" öz oyun sistemini də göstərmədi. Bu, nə ilə bağlı idi?
- Oyunun əvvəlində hər şey qaydasında idi. Qarşılaşmaya pis başladıq. Ancaq sonradan iki kobud səhv etdik, qollar buraxdıq. Bundan sonra hər şey dağıldı. Biz öz oyunumuzdan heç vaxt imtina etməyəcəyik. Sadəcə, bu gün alınmadı. Görək, növbəti matçlarda necə olacaq.