1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ"a bir şad, bir bəd xəbər
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XVIII turunda Gəncədə "Kəpəz"ə qarşı oynamayacaq.
Klubdan Sportnet.az-a verilən məlumata görə, 35 yaşlı müdafiəçi zədə üzündən meydana çıxmayacaq.
Onun XVI turda AZAL-la oyun öncəsi aldığı zədə hələ sağalmayıb. Əvəzində Riçard Almeyda 4 oyunluq diskvalifikasiyasını başa vurub. O, XIII turda "Qəbələ"ni 2:1 hesabı ilə yendikləri oyunun uzatma dəqiqələrində aqressiv hərəkəti üzündən cəzalanmışdı.
"Qarabağ" Gəncəyə bu gün yollanacaq. Təyyarə reysləri bərpa olunmadığından, komandanın oyun günü səfərə çıxması alınmayacaq.
Qeyd edək ki, AZAL-la oyunda zədələnən ötən mövsümün bombardiri Dani Kintana qalan oyunlarda meydana çıxmayacaq.