
Azərbaycan Premyer Liqasında XVIII turun hakim təyinatları açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, qarşıdakı turun heç bir oyununda əlavə köməkçi hakim olmayacaq.
FİFA referilərindən Əliyar Ağayev "Qəbələ"nin, Ömər Paşayev "Qarabağ"ın səfər matçına təyinat alıb. Rəhim Həsənov isə AZAL-la "İnter" arasında keçiriləcək paytaxt derbisində 4-cü hakim funksiyasını yerinə yetirəcək.
Nəhayət, keçmiş beynəlxalq dərəcəli hakim Fariz Yusifova "Neftçi"nin ev oyunu həvalə edilib.
12 fevral (bazar)
"Zirə” - "Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rauf Cabbarov
Zirə İdman Kompleksinin stadionu, 16:30
"Kəpəz” – "Qarabağ”
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Orxan Məmmədov
Gəncə şəhər stadionu, 14:30
13 fevral (bazar ertəsi)
AZAL – "İnter”
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Rəhim Həsənov
"AZAL Arena”, 15:00
"Neftçi” – "Sumqayıt”
Hakimlər: Fariz Yusifov, Mübariz Haşımov, Nahid Əliyev, Ziya Nəsirov
"Bakcell Arena”, 17:30