"Neftçi"nin legioneri Uqo Barqas klubun tarixinə düşüb. Sportnet.az-ın məlumatına görə, 31 yaşlı hücumçu "ağ-qaralar"da qol vuran ilk fransalı futbolçu olub.
Qış fasiləsində Bakı klubuna keçən Uqo qol hesabını 3-cü matçında açıb. "Sumqayıt"la "Bakcell Arena"dakı qarşılaşmanın (1:0) 78-ci dəqiqəsində meydana daxil olan fransalıya qələbə topunu vurmaq üçün 8 dəqiqə kifayət eidb. Maraqlıdır ki, hücumçu bundan 1 gün öncə əvəzedicilərdə də sumqayıtlıları məyus etmişdi. Deməli, debütant 2 gündə 2 dəfə fərqlənməyi bacarıb.
Barqas "Neftçi"də eyni zamanda öz ölkəsinin ilk təmsilçisidir. O, Argentina əsillidir ki, Azərbaycanda oynamış bir sıra fransalı legionerlər də əslən digər ölkəyə bağlı olublar.
Ümumiyyətlə, "Neftçi"nin son 2 qələbəsində vurduğu qollarla pay sahibləri yeni futbolçuları olub. Elxan Abdullayevin komandası "İnter"i səfərdə 3:1 hesabı ilə məğlub etdiyi matçda Namiq Ələsgərov, ispaniyalı Daniel Seqovia və çilili İqnasio Herrera fərqlənib. Millimizin də üzvü olan Ələsgərov cari çempionatda qol hesabını indi açıb. O, cari mövsümün ilk yarısında çıxış etdiyi "Qarabağ"da yalnız Azərbaycan Kubokunda fərqlənmişdi.
Seqovia ilə Herrera Barqasan fərqli "Neftçi"də ölkələrinin oynayan və qol vuran ilk təmsilçiləri deyillər. Danielin vətəndaşı olduğu İspaniyada ötən mövsüm "ağ-qaralar"da 2 futbolçu oynayıb. Onlardan Antoniso Salas Kuinta debütant, "Neftçi"də qol vuran ilk ispaniyalı futbolçudur. 31 yaşlı hücumçu Premyer Liqada 26 oyunda 3 qol vurub.
Herreranın təmsil etdiyi Çilidən də "Neftçi"də 2 futbolçu oynayıb. Onlardan ən məşhur Nikolas Kanales olub, 31 yaşlı hücumçu 3 müxtəlif vaxtda çıxış etdiyi "ağ-qaralar"da ümumilikdə 38 qol vuraraq klubun ən çox qol 10 futbolusu siyahısında türkmənistanlı həmkarı Bahodir Nasimovla birgə 5-6-cı pilləni bölüşdürür. Kanales bu qollardan 26-nı debüt mövsümü olan 2012/13-də vurub və həmin çempionatın bombardiri olub.