1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Kəpəz"in qapıçısı: "O and içdi ki, top xətti keçməyib"
"Şahin Diniyev başda olmaqla məşqçilər heyətimiz mənə güvənir. İki oyundur mənə qapıda şans veRilir. Özümü doğrultmağa çalışıram". Bu fikirləri Sportnet.az-a açıqlamasında "Kəpəz"in qapıçısı Davud Kərimi bildirib.
Gəncə klubunun uzun müddət əsas qapıçısı olan litvalı Tadas Simaitisin son 2 turda ehtiyata göndərilməsi ilə "çərçivə" Kərimiyə tapşırılıb. Güclü rəqiblər "Qarabağ" və "Neftçi" ilə matçlarda cəmi 1 qol buraxan təcrübəli qolkiper uzun müddətdir oyun praktikası cəhətdən əziyyət çəkməsini hiss etdirmir: "Həm məşqçlərin, həm də azarkeşlərin etimadını bir az qazandımsa, çox xoşbəxtəm. Bilirdik ki, "Neftçi" qış fasiləsindən sonra çox dəyişib. Bu, ötən ilki "Neftçi" deyil. Yaxşı hazırlıq, komplektləşmiş komandadır. Çox ağır oyun keçdi. Meydanda yaxşı mübarizə getdi və vacib xal qazandıq. Bununla da 4 oyunluq məğlubiyyət seriyamızı qırdıq. "Kəpəz"in rəhbərliyi, konkret olaraq Mikayıl Nərimanoğlu oyundan sonra paltardəyişmə otağına gəldi və komandamıza öz təşəkkürünü bildirdi".
Kərimi baş hakim Rauf Cabbarovun idarəçiliynə və mübahisə doğrudan epizodlarla bağlı da fikirlərini söyləyib: "Belə gərgin oyunda Rauf pis həkimlik etmədi. O, əlindən gələni etdi ki, hakimlik normal səviyyədə olsun. "Neftçi"nin verilməməsinə görə narazı qaldığı penaltidə yəqin ki, baş hakim futbolçumuzun ilk olaraq topa oynadığına 11 metrlik cərimə zərbəsini təyin etməyib. Topun qapı xəttini keçib-keçməməsinə gəlincə, birinci epizodda topu çıxardığıma görə ikinci epizodu görmədim. Ona görə nəsə desəm, yalançı olaram. Ancaq topu çıxaran komanda yoldaşım Şəhriyar Rəhimov and içdi ki, top qapı xəttini keçməmişdi. Keçsəydi, öz aramızda danışanda deyərdik. Ancaq belə şey olmadı və Şəhriyar dedi ki, qol deyildi. Epizodun təkrarına baxandan sonra konkret bir söz demək olar".
Mehman SÜLEYMANOV