1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kamal Bayramov: "Belə hallar yolverilməzdir" - MÜSAHİBƏ
"Zirə"nin qapıçısı Kamal Bayramovun Sportnet.az-a müsahibəsi
- Matçla bağlı düşüncələrini bilmək istəyərdik...
- Gərgin oyun alındı. Çünki "İnter” "oturuşmuş" yaxşı komandadır. Onların oyun üslubu var və hər zaman da o qaydada oynayırlar. Bilirdik ki, "İnter"ə qarşı oynamaq bizə çətin olacaq. Bura nəticə üçün gəlmişdik.
- Bir xalı özünüz üçün yaxşı nəticə hesab edirsiniz?
- Azlıqda qaldıq və deyərdimki, bir xal da pis nəticə sayılmamalıdır. Vuruşduq-döyüşdük, xal aldıq. Gündən-günə də komandamız öz oyununu daha yaxşı tərəfdən tapmağa başlayır. Gələcək oyunlarda daha yaxşı nəticələr verməyə çalışacağıq.
- Razısan ki, meydanda baxımlı oyun getmədi meydanda?
- "İnter”in öz oyun üslubu var. Deyərdim ki, meydanda iki eyni sistemdə oynayan komanda var idi. Həm "İnter”, həm də "Zirə” ehtiyatla oynayırdı. Bəlkə də ona görə meydanda baxımlı futbol getmədi.
- Oyundan sonra sənə qarşı "İnter” mühafizəçiləri kobud davrandı, ancaq onların cavabını verə bildin. Nə baş vermişdi orada?
- Onlar hamısı boş şeylərdir. Oldu keçdi.
- Hər halda, hörmətsiz davrandılar...
- Təhlükəsiz xidmətidi onlar. Bizim paltardəyişmə otağı tərəfdə olmamalıdılar. İndi oldu, insandır onlar da. Gələcəkdə yəqin ki, bunlara daha yaxşı fikir verərlər. "İnter” tərəfindən bu cür hadisəni birinci dəfədir görürəm. Ümidvaram ki, başqa komandalarda belə şeylər baş verməz. İnanıram ki, təhlükəsizlik xidməti qonaq komandadan bundan sonra kimisə ora-bura, sağa-sola dartmaz. Belə hallar yolverilməzdir.