1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ" "Qarabağ"ı rekorduna şərik olmağa qoymadı
"Qarabağ"ın Azərbaycan Premyer Liqasının cari mövsümündə məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Sportnet.az--ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 12 oyundan sonra yenə Qəbələdə yenilib. Özü də Ağdam təmsilçisi VII turda olduğu kimi, "Qəbələ"yə onun meydanında 0:2 hesabı ilə uduzub.
İlk matçın noyabrın 2-də keçirildiyini nəzərə alsaq, son 3 mövsümün qalibi 109 gündən sonra çempionatda meydanı məğlub tərk edib. "Qarabağ" bu mövsümdə Premyer Liqada 3 məğlubiyyət alıb ki, birincisi elə startda "İnter"dən olub - 1:2. Komandanın hər 3 məğlubiyyətini səfərdə alması, özü də 2 top buraxması diqqət çəkir.
Bu çempionatda ən uzun məğlubiyyətsiz oyunlar seriyası isə elə "Qəbələ"yə məxsusdur. Roman Qriqorçukun baş məşqçisi olduğu komanda yeganə məğlubiyyətini məhz "Qarabağ"dan alıb. Bu, XIII turda noyabrın 29-da "Azərsun Arena"da 1:2 hesabı ilə olub.
Göründüyü kimi, "Qarabağ"ın cari çempionatın məğlubiyyətsiz oyunlar seriyasını təkrarlamağa cəmi 1 oyunu çatmayıb. "Qəbələ" çempionluq mübarizəsində əsas rəqibinə öz rekorduna şərik olmağa imkan verməyib.