1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rəhman Hacıyev: "Ümidimiz kuboka qaldı"
"Bu oyunda qələbə bizim üçün çox önəmli idi. Çünki Avropa Liqasına doğru bir addım ata bilərdik. Buna baxmayaraq, uduzduq. Məğlubiyyət bizə çox pis təsir etdi".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Rəhman Hacıyev evdə "Zirə"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXI tur matçında sonra deyib. 24 yaşlı yarımmüdafiəçi bildirib ki, hesabda öndə olan komandanın 2 qol buraxaraq uduzması həqiqətən də çox pis haldır: "Nə deyəcəyimi bilmirəm".
Hacıyev "Neftçi"nin 60-cı dəqiqədə vurduğu qolda komandasına penalti qazandırıb. Baş hakim Rəhim Həsənov onun Adil Nağıyevlə mübarizədə yerə yıxılmasını 11 metrlik cərimə zərbəsi kimi dəyərləndirib. Flaqmanın oyunçusu həmin epizodda həqiqətən də ona toxunuşun olduğunu iddia edib.
Futbolçu məğlubiyyətə arxayınçılığın səbəb olması fikri ilə razılaşmayıb: "Arxayınçılıq yox idi. Əksinə, irəli atılaraq, yenə də qol vurmağa çalışırdıq. Amma avtoqolumuzla gələn bərabərlik topu "Zirə"də bir az da motivasiya yaratdı. Ayıldılar və sonradan ikinci qolu da buraxdıq".
Hacıyev qapıçı Maksim Vaylonun buraxılan qollarda səhvinin olduğunu etiraf etsə də, ona sahib çıxıb: "Vaylo da oyunçudur. Səhvini bilir. Nə deyim? Uduzduq da..."
"Neftçi"nin aparıcı futbolçusu ilk yarı ilə müqayisədə ikinci hissədə daha mübariz oyunun sərgilənməsinin səbəbini də açıqlayıb: "Rəqib 2-ci qolu vurduqdan sonra müdafiəyə oturdu. Bizim isə hücumlarımız daha çox oldu. Amma yenə istifadə edə bilmədik. Oyun heç-heçə də yekunlaşa bilərdi. Sonda bir qol imkanımız oldu, yararlana bilmədik".
Hacıyev bu məğlubiyyətdən sonra 4-cü pilləyə olan iddialarından əl çəkdiklərini və bütün ümidlərin ölkə kubokuna yönəldiyini də əlavə edib: "4-cü pillə ilə aramızdakı xal fərqi çoxdur. Bu fərqi aradan qaldırmaq çətindir. Qarşıdan "Qəbələ" ilə oyun gəlir. Qələbə qazanmağa çalışacağıq. 6-cı pillədəyiksə, o demək deyil ki, hər şey qurtardı. Hələ çempionat davam edir. Qalan oyunlara qələbə üçün çıxacağıq. Kuboka motivasiya olmaq üçün qələbə çox vacibdir".