
Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin formasını geyindiyi Slovakiyanın "Jilina" klubu ölkə kubokunda mübarizəni dayandırıb.
Sportnet.az-ın məlumatına görə, 1/4 final mərhələsi çərçivəsində "Skalits"nın qonağı olan "sarı-yaşıllar" 2:3 hesabı ilə məğlub olaraq, kubokla vidalaşıblar.
Start heyətində yer almayan Şeydayev 46-cı dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, "Jilina" 20 turdan sonra 48 xalla Slovakiya çempionatının lideridir. Şeydayevin komandası martın 11-də 21-ci tur çərçivəsində "Dunayska Streda"nın qonağı olacaq.
]