
Vaxtilə Azərbaycan klublarında da çıxış etmiş Ruslan Zubkov karyerasını Belarusda davam etdirəcək. Sportnet.az-ın məlumatına görə, yarımmüdafiəçi "Neman"la mövsümün sonunadək müqavilə bağlayıb.
Zubkov Azərbaycana 2012-ci ildə gəlib. O, AZAL, "Turan" və Araz Naxçıvan"da çıxış edib. 2012-ci il dekabrın 15-də keçirilmiş AZAL – "Turan” matçından sonra Tovuz təmsilçisinin rəsmiləri həmin vaxt orada icarə əsasında çıxış etmiş Zubkova müqavilə ilə məxsus olduğu AZAL-dan oyun satmaq təklifinin gəldiyini iddia ediblər. Onlar bildiriblər ki, ukraynalı futbolçu "Turan”dakı komanda yoldaşlarına belə bir təklif aldığını deyib. Lakin AFFA tutarlı sübut tapa bilmədiyindən, işə xitam verib.