
Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində keçiriləcək "Neftçi” – "Qəbələ” oyununun biletləri satışa çıxarılıb. Sportnet.az-ın məlumatına görə, qiyməti 1 manata, VİP yerlər üçün 5 manata olan biletləri "Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, martın 14-də "Bakcell Arena”da keçiriləcək oyun saat 20:00-da başlanacaq.