1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AFFA Orxan Məmmədovu cəzalandırdı
AFFA Hakimlər Komitəsi Azərbaycan Premyer Liqasının XXI turunun "Kəpəz” - AZAL matçındakı qalmaqallı epizodla əlaqədar tədbir görüb.
Sportnet.az xəbər verir ki, bunu "Report"a komitənin sədri Xaqani Məmmədov açıqlayıb.
O, bildirib ki, Gəncədə baş tutmuş qarşılaşmada AZAL-ın futbolçusu Alamadine Omega Robertsin meydan sahiblərinin oyunçusuna qarşı aqressiv davranışı səbəbindən cəzasız qalmasının məsuliyyəti referi Orxan Məmmədovun üzərinə düşür: "Burada səhv baş hakimdədir, epizodu gözdən qaçırıb. Yan xətt hakimi Mübariz Haşımovun günahı yoxdur. Orxan Məmmədov cəzalanıb. Lakin cəzanın nədər ibarət olduğunu açıqlamaq istəmirəm".
AFFA İntizam Komitəsi "Kəpəz” - AZAL matçının videoyazısını izlədikdən sonra A.Robertsin rəqib oyunçuya qarşı aqressiv hərəkətə yol verdiyini təsbit edib. Bu səbəbdən, liberiyalı futbolçu 3 oyunluq cəzalanıb və kluba 2 400 manat cərimə kəsib. Eləcə də, görüşün hakimi haqqında lazımi ölçü götürüb, komitənin məlumatlandırmasına dair qərar verilib.
Qeyd edək ki, adətən AFFA Hakimlər Komitəsi ciddi səhvlərə yol verən ədalət təmsilçilərini 5 oyunluq cəzalandırır.