Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında XXII tura yekun vurulub. Sportnet.az-ın məlumatına görə, son 2 qarşılaşmada eyni hesablı heç-heçə qeydə alınıb.
"Neftçi"nin lider "Qəbələ" ilə oyunda qolunu Huqo Barqas vurub.
Əvəzedicilərin çempionatı, XXII tur
13 mart
"Neftçi” 1-1 "Qəbələ”
Qollar: Huqo Barqas, 30 - Murad Musayev, 40
"Qarabağ” - AZAL - 1:1
Qollar: Kamran Nəsirov, 88 - Eltun Hüseynov, 2
12 mart
"İnter” - "Sumqayıt” - 2:3
Qollar: Ceyhun Muxtarlı, 3; 21 - Ricat Qarayev, 38-öz qapısına. Fərhad Qıstarov, 54. Tural Bayramlı, 85
"Kəpəz” - "Zirə” - 1:1
Qollar: Fərid Məmmədov, 6 - Vəzir Musayev, 88
Bombardirlər: Ramil Hasanov ("Qəbələ") - 11, Renat Aşurov (AZAL) - 10, Vüqar Nadirov ("Qarabağ") - 8 qol.