"Neftçi" və "İnter" arasında Azərbaycan Premyer Liqasının XXIII turu çərçivəsində keçiriləcək oyun qeyri-adi saatda başlanacaq. Sportnet.az-ın məlumatına görə, bu barədə yayımçı CBC Sport telekanalının canlı efirində şərhçilər qrupunun rəhbəri Rüstəm Əfsərli bildirib.
O deyib ki, "Neftçi" tərəfi martın 18-də "Bakcell Arena"da təşkil olunacaq matçın klubun yarandığı 1937-ci ilə uyğun olaraq, saat 19:37-də başlanılması xahişi ilə Peşəkar Futbol Liqasına (PFL) müraciət edib. Müraciətdə həmin gün flaqmanın 80 illik yubileyinin qeyd olunacağı da göstərilib. Öz növbəsində PFL təklifi müsbət cavablandırıb.