Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.
Sportnet.az-ın məlumatına görə İspaniya və Fransada baş tutan cavab matçlarında 1/4 final mərhələsinə son iki vəsiqənin sahibi müəyyənləşəcək.
1/8 final mərhələsinin ilk oyununda Almaniyada "Bayer”i 4:2 hesabı ilə məğlub edən Madridin "Atletiko” klubunu 1/4 finalçı saymaq olar. Çünki ispanlar böyük ölçüdə tapşırığın öhdəsindən gəliblər.
Digər cütün ilk oyununda iki top fərqli qələbə qeydə alınıb. Lakin "Mançetser Siti” "Monako”nu evdə 5:3 hesabı ilə məğlub edib. Özü də, "şəhərlilər” 2:3 hesabı ilə uduzduqları matçdan qalib ayrılıblar.
Çempionlar Liqası
1/8 final mərhələsi, cavab oyunları
15 mart
23:45 Monako (Fransa) – "Mançester Siti” (İngiltərə) - 3:1 (İKİNCİ HİSSƏ)
Qollar: Kilian Mbappe, 8. Fabinyo, 29. Tiemu Bakayoko, 79 - Leroy Sane, 71
Baş hakim: Canluka Rokki (İtaliya)
İlk oyun – 3:5
23:45 "Atletiko” (İspaniya) – "Bayer” (Almaniya) - 0:0 (İKİNCİ HİSSƏ)
Baş hakim: Sergey Karasyov (Rusiya)
İlk oyun 4:2