1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"nin legionerləri Tallində qarşılaşmayacaqlar
Qəbələ”nin futbolçusu Filip Ozobiç Xorvatiya milli komandasına çağırılmayıb.
Sportnet.az-ın məlumatına görə, baş məşqçi Ante Çaçiç martın 24-də 2018-ci il dünya çempionatının seçmə qrup matçında evdə Ukrayna yığmasına, 28-də isə yoldaşlıq görüşü çərçivəsində səfərdə Estoniya millisinə qarşı oyunlar üçün 23 futbolçuya dəvət göndərib.
Lakin onların arasında "Qəbələ"nin 25 yaşlı yarımmüdafiəçi yer almayıb.
Ozobiç ötən ilin dekabrında "China Cup 2017” turnirində iştirak edən Xorvatiya yığmasına dəvət almış və Çili ilə görüşdə debüt etmişdi.
Qeyd edək ki, "Qəbələ"nin digər üzvü Sergey Zenyov Estoniya yığmasına dəvət alıb. Xorvatiyalı milliyə dəvət alacağı təqdirdə, martın 28-də Tallində baş tutacaq oyunda bir-birlərinə rəqib olacağdılar.