
"Qarabağ”la görüşdə bir xal qazanmağı bacardıq. Biz çalışırdıq ki, topa daha çox nəzarət edək və meydandan xalla ayrılaq. Elə maraqlı da oyun alındı. "Qarabağ”dan bir xal qazanmaq da yaxşıdı. "Qarabağ”ın gücünü hamı bilir. Biz bütün komandalara problem yaradacaq gücdəyik”.
Bunu Sportnet.az-a açıqlamasında "Zirə”nin yarımmüdafiəçisi Viktor İbekoye deyib. Nigeriyalı futbolçu komandasının avrokuboklar üçün yarışdığını dilə gətirib: "İki tur dalbadal liderlərlə qarşılaşırıq. "Qəbələ” ilə oyunumuz da ağır olacaq. Bu matçda uğurlu nəticə qazanmaq istəyirik”.