1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
Roman Qriqorçuk: "Ustalıq səviyyəsi çatmır"
"Qəbələ” klubunun baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Kubokunun ilk yarımfinal səfər matçında "İnter” üzərində 2:1 hesablı qələbədən sonra fikirlərini bölüşüb. Sportnet.az-ın məlumatına görə, 52 yaşlı ukraynalı mütəxəssis oyundan sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb.
- Komandanız son oyunlarda xeyli sayda qol vəziyyəti yaratsa da, reallaşdırmaqda çətinlik çəkir. Bu nə ilə bağlıdır?
- Səbəblər bir neçədir. Bir sözlə ifadə etsək, ustalıq səviyyəsi çatmır. Uşaqlara yazığım gəlir, qol vəziyyətləri çox olsa da, istifadə edə bilmirlər. Bunun üzərində işləməliyik. Qol vurmaq üçün intellekt yüksək olmalıdır.
- Buardan çıxandan sonra otelə gedəcəksiniz, yoxsa "Bakcell Arena"ya?
- Xeyr, stadiona getməyəcəm. Öz oyunlarımızı düşünürük. İstirahət etmək lazımdır.
- Daniel Subotiç əvəzlənərkən məyus görünürdü. Zədəsi vardı?
- Xeyr, buna zədə deməzdim. Onu başa düşürəm, 2 qol vurdu. Yenə də fərqlənə bilərdi. Ona görə də, məyusluğunu anlayıram.