"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının XXV turunda "Qarabağ"la qolsuz heç-heçəni şərh edib. Sportnet.az-ın məlumatına görə, ukraynalı mütəxəssis oyundan sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb.
- Heç-heçəyə görə təəssüflənirəm. Qələbə lazım olduğu halda bərabərə qaldıq. Yolumuza davam edirik.
- Olmaz ki, müdafiənin mərkəzinə Rasim Ramaldanovu qoyub, Rəşad Sadiqovu ortaya çəkəsiniz?
- Taktikada danışsaq, gərək konfrans sabaha qədər davam edə. Düzgün hesab etdiyim heyəti qururam.
- "Qəbələ"nin çempion olub-olmamağı sizin komandadakı aqibətinizə təsir edəcək?
- İndiden nese demək düz olmaz. Hələ çempionatın başa çatmasına bir ay var. Qarşıdakı oyunlarda qalib gəlmək lazımdır.
- "Qəbələ"nin çempionluq şansını necə qiymətləndirirsiniz?
- "Qarabağ"ın şansı bizdən çoxdu. 3 oyun 9 xal deməkdir. Necə olacağını deyə bilmərəm.
- "Qəbələ" qalib gəlməli bəzi oyunlarda vacib xallar itirdi. Bununla razısınız?
- Bəzi oyunlar vardı ki, qalib gəlməliydik. İdeala yaxın çıxış etsək də, qalib gələ bilməmişik. Bəzi matçlarda 10-15 qol vəziyyətini qaçırmışıq.
- "Qarabağ" çempion olarsa, kubok oyununa arxayın çıxa bilər. Bu sizin üçün üstünlükdür?
- Titullar heç vaxt çox olmur. "Qarabağ" çempion olsa, kuboku da götürmək istəyəcək. Çempionluq onlar üçün motivasiya olacaq.
- "Qarabağ"ın çempionluğu əldən vermək şansı daha çoxdu, yoxsa "Qəbələ"nin kuboku qazanmaq?
- Bəzi sualları elə verirsiniz ki, cavab vermək üçün mənə məşqçi yox, peyğəmbərlik üzrə Pro lisenziyası lazımdır. Hər kəs xal itirə bilər.