"PAS Yanina”dan ayrılacağım dəqiqdir. Ancaq yaydan sonra hansı klubda oynayacağımı bilmirəm. Ola bilsin ki, Azərbaycanda oynadım”.
Bunu Sportnet.az-a açıqlamasında Albaniya millisinin futbolçusu Andi Lilya deyib. Yunanıstandan ayrıldıqdan sonra Türkiyə və Azərbaycan klublarından dəvət alan Lila hansı komandaya keçmək istədiyini bildirib. 31 yaşlı yarımmüdafiəçi Azərbaycanda oynamaq istədiyini dilə gətirib: "Təkliflərim çoxdur, onlar arasında Azərbaycan klubları da var. Təbii ki, mən gəlsəm iddialı kluba gələcəm. Onu deyə bilərəm ki, paytaxtı təmsil edir. Hansı komanda olduğunu söyləyə bilməyəcəyəm”.