Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura start verilib.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə 3 matç baş tutub.
"Zirə" "Neftçi" ilə oyunda 2:2 hesablı heç-heçə etsə də, sonda qonaq komandanın legioner limitini pozması ilə əlaqədar gözlənilən texniki məğlubiyyətə sevinib. Limitin pozuntusu isə 60-cı dəqiqədə edilən əvəzləmə zamanı baş verib. Ruslan Abışovun əvəzində yerli yox, fransalı Huqo Barqas meydana daxil olub. Baş məşqçi Elxan Abdullayev səhvini 3 dəqiqə sonra anlayıb. O, çilili İqnasio Herreranı meydandan alaraq, yerinə Cavid İmamverdiyevi buraxıb. Halbuki hazırkı qaydalara əsasən, meydanda 6 legioner, 5 yerli oyunçu olmalıdır. İlk əvəzləmə vaxtı isə "Neftçi"dəki legionerlərin sayı 7-yə yüksəlib.
Turun digər görüşlərində "Kəpəz" səfərdə AZAL-ı, "Qarabağ" isə evdə "Sumqayıt"ı 2:1 hesabı ilə yenib.
Bu nəticələrdən sonra "Neftçi" Avropa Liqası ilə vidalaşıb. Texniki qələbəsi rəsmiləşsə, "Zirə" Avroliqaya faktiki vəsiqə qazanacaq. Amma "Kəpəz"in də buna nəzəri şansları qalır.
--------------------------------------------------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura start veriləcək. Sportnet.az-ın məlumatın görə, ilk oyun günündə 3 matç baş tutacaq.
Əslində turun bütün görüşləri bazar günü keçirilməli idi. Lakin Peşəkar Futbol Liqası "Qəbələ” – "İnter” qarşılaşmasını aprelin 24-nə çəkdi. Dəyişikliyə səbəb isə sözügedən kollektivlərin mükafatçılar sırasında olmasıdır. Bu duelin nəticəsindən asılı olaraq, komandalara gümüş və bürünc medallar təqdim oluna bilər.
2016/2017-ci illər mövsümünün qalibi olan "Qarabağ” isə çempionluq kuboku və qızıl medallara "Sumqayıt”la matçda qovuşacaq. Çempionun sonuncu turda "Neftçi” ilə səfər matçında təltif ediləcəyi gözlənilsə də, mərasimin Ağdam təmsilçinin ev oyunlarını keçirdiyi "Azərsun Arena”da reallaşmasına qərar verildi.
Görüşün nəticəsi meydan sahibləri üçün heç bir əhəmiyyət kəsb etməsə də, "Sumqayıt”dan ötrü final xarakteri daşıyır. Avropa Liqasına vəsiqə verən 4-cü pilləni tutmağın yolu qələbədən keçir. Hərçənd, qonaqlar cari çempionatda "Qarabağ”la üz-üzə gəldikləri bütün qarşılaşmalardan məğlub ayrılıblar.
"Dördlüy”ü qapayan "Zirə”nin taleyi isə öz əlindədir. Qəsəbə təmsilçisi cari çempionatda 3 dəfə üstələdiyi "Neftçi”dən yenə 3 xal alsa, Avropa Liqasına vəsiqəni təmin edə bilər. Lakin bunun üçün "Sumqayıt”ın uduzması, "Kəpəz”in isə xal itirməsi şərtdir.
Azərbaycan Premyer Liqası
XXVII tur
23 aprel (bazar)
17:00. "Qarabağ” – "Sumqayıt” - 2:1
Qollar: Muarem Muarem, 12. Elşən Abdullayev, 82 - Amil Yunanov, 83
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Cavanşir Yusifov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Mübariz HüseynovHakim-inspektor: Əli Hüseynov
"Azərsun Arena”
İlk üç dövrə - 2:0, 3:0, 4:0
17:00. "Zirə” – "Neftçi” - 2:2
Qollar: Təmkin Xəlilzadə, 42. Akim Latifu, 63 - İqnasio Herrera, 34. Daniel Seqoviya, 90+2
Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Elman Musayev, Ramil DiniyevAFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Xaqani Məmmədov
Zirə Olimpiya İdman Kompleksinin stadionu
İlk üç dövrə - 1:0, 2:0, 3:1
17:00. AZAL – "Kəpəz” - 1:2
Qollar: Frank Madu. 82 - Serjio Kosta, 35; 41
Hakimlər: Rəvan Həmzəzadə, Mehman Mahmudov, Elşən Acalov, İnqilab MəmmədovAFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Şaiq Həmidov
"AZAL Arena”
İlk üç dövrə - 0:0, 0:1, 1:1